Dek 31, 2021 18:52 Asia/Baku
  • ələstin
    ələstin

Fələstin mediaları sionistlərin atəşləri ilə fələstinli bir gəncin şəhid edilməsindən xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim hərbçiləri soyuq silah gəzdirməsi bəhanəsilə bu fələstinli gəncə atəş açıblar. Hadisə İordan çayının qərb sahilində baş verib.

Bu hücumdan sonra sionist rejim ordusu Fələstin Qırmızı Aypara Cəmiyyəti yardımçılarının bu fələstinli gəncə ilkin yardım göstərmələrinə mane olub.

Medialar indiyədək bu şəhidin kimliyinə işarə etməyiblər.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə müxtəlif bölgələrə qarşı hücumlar keçirir, məzlum fələstinliləri şəhid edir, yaralayır və ya həbs edirlər.

 

Teqlər