Yan 03, 2022 11:51 Asia/Baku
  • Fələstinli Şəhid
    Fələstinli Şəhid

Fələstinli Şəhid Ailələrinin Milli Assambleyası sionist rejimin 2021-ci ildə çoxlu sayda qadın və uşaq da daxil olmaqla 357 fələstinlini şəhid etdiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinli Şəhid Ailələrinin Milli Assambleyası bir hesabat yayaraq, bildirib ki, son bir ildə şəhid edilən fələstinlilərin 19 faizini qadınlar təşkil edir ki, bu da sionist rejiminin 1948-ci ildə Fələstin torpaqlarını işğal etdikdən sonra törətdiyi cinayət və zorakılıqlar tarixində ən yüksək göstəricidir. 

Hesabatda şəhid olanların 22 faizinin uşaq, olduğu bildirilir. Həmçinin 90 yaşlı "Əmin Məhəmməd Həmd" son bir ildə şəhid edilən ən yaşlı fələstinlidir.

Fələstinli Şəhid Ailələrinin Milli Assambleyasının baş katibi Məhəmməd Səbihat bu hesabat haqda deyib ki, sionist əsgərlər cinsindən və yaşından asılı olmayaraq silahsız fələstinliləri öldürmək üçün siyasi və hərbi rəhbərliklərdən göstərişlər alırlar.

Teqlər