Fələstin Ərəb Liqası Şurasının 154-cü sessiyasına sədrlik edib
Ərəb Dövlətləri Liqası (Ərəb Liqası) Şurasının onlayn formatda 154-cü sessiyası keçirilib. Xarici İşlər nazirləri səviyyəsində keçirilən sessiyaya Fələstinin xarici siyasət idarəsinin rəhbəri Riyad Əl Maliki sədrlik edib.
SəhərAzəri Aərtac-a istinadla xəbər verir ki, sessiyanın gündəliyində Fələstin, Liviya, Suriya, Sudan və Yəməndəki vəziyyət, COVID-19 pandemiyası dövründə ərəb dövlətlərinin əməkdaşlığının inkişafı, İsrail Dövləti ilə münasibətlərin normallaşması məsələləri daxil edilib.
Misir, Oman, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və İraqın xarici siyasət idarələrinin rəhbərləri Fələstinin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Bildiriblər ki, Fələstin dövləti 1967-ci ilədək olan sərhədlərinin hüdudlarında qurulmalı və onun paytaxtı Şərqi Qüds olmalıdır.
Sessiyada ərəb ölkələrində ekstremizm və terrorizmin yayılmasına qarşı mübarizə tədbirləri də müzakirə olunub.