Sionist rejim «Seluan»ın boşaldılması hökmündən də geri oturdu
https://azeri.sahartv.ir/news/fələstin-i377406-sionist_rejim_seluan_ın_boşaldılması_hökmündən_də_geri_oturdu
Sionist rejim məhkəməsi fələstinlilərin Beytulmuqəddəsdə yerləşən Seluan rayonundan çıxarılmaları hökmünün verilməsinin təxirə salındığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2021 10:35 Asia/Baku
  • Sionist rejim «Seluan»ın boşaldılması hökmündən də geri oturdu

Sionist rejim məhkəməsi fələstinlilərin Beytulmuqəddəsdə yerləşən Seluan rayonundan çıxarılmaları hökmünün verilməsinin təxirə salındığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,sionist rejim məhkəməsi Beytulmuqəddəsin «Əlşəyx Cərrah» məhəlləsinin fələstinli sakinlərinin çıxarılmaları hökmünün təxirə salınmasından sonra sionist qəsəbə sakinlərinin xeyrinə Seluan rayonunun «Bətən Əlhəvi» məhəlləsi sakinlərinin çıxarılmaları barədəki qərarını təxirə salıb.

Məhkəmə iclasının keçirilməsilə bir zamanda bir qrup fələstinli də «Bətən Əlhəvi» sakinlərini himayə üçün məhkəmənin kənarındakı əraziyə toplaşmışdı. Onlarla sionist rejim məmurları arasında qarşıdurma baş verib; bir qrup fələstinli həbs olunub, bir neçə nəfər də yaralanıbdır.

Sionist qəsəbə sakinləri illərdir ki, sionist rejim məhkəməsinin zahiri rəyindən istifadə ilə 800-ə yaxın fələstinlini öz evindən çıxararaq, onların yerlərini tutmağa can atırlar.

Sosial şəbəkələrin istifadəçiləri «انقذوا_حی_سلوان#" haştaqı ilə bu rayon sakinlərinin xilas edilmələri və 800-ə yaxın fələstinlinin çıxarılmasına mane olublar.

Sionist rejimin ötən aylarda «Əlşəyx Cərrah» məhəlləsinin sakinlərini çıxarmaq və bu məhəlləni yəhudilərə vermək barədəki qərarı beynəlxalq təndiqlər və pisləmələr dalğasına səbəb olub.

Bu məsələ, sionistlərin Məsciduləqsa-ya basqınının kənarında onikigünlük Qəzzə savaşının başlanmasının əsas amillərindən sayılır. Məhz bu reaksiyalara görə, sionist rejim öz zahiri məhkəməsinin bu məhəllə barədəki hökmünün icrasını təxirə salıbdır.