İyul 10, 2021 11:26 Asia/Baku
  • Qəsəbəsalmalar heç bir vəchlə dayandırılmayacaq

Sionist rejimin daxili işlər naziri bir düşmənçilik ifadəsində bildirib ki, qəsb olunmuş Qüdsdə və qərb sahilindəki qəsəbəsalmalar heç bir vəchlə dayandırılmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, İlit Şakid deyib ki, Naftali Benetin nazirlər kabineti qəsəbəsalmalarda heç bir dəyişiklik yaratmayacaq, hətta əgər Amerika bunu istəmiş olsa belə.

Sionist nazirin düşmənçilik sözlərinin fonunda qeyd etmək lazımdır ki, ötən ay sionist rejim nazirlərinin iştirakı ilə qərb sahilində yerləşən Ramullah şəhərinin yaxınlığında 350 yeni sionistsakinli binanın inşasına start verildi.

Benetin kabineti də sionist qəsəbələrin sakinlərinə vəd edibdir ki, üç aydan bir, onlara qəsəbələr salmaq üzrə yeni lisenziya verəcək. Bu lisenziyalar qəsb olunmuş Qüdsdə və qərb sahilində qanunsuz tikintilər üçün veriləcək.

Sionist rejimin qəsb olunmuş Qüdsdə və qərb sahilindəki qəsəbəsalmaları BMT Təhlükəsizlik Şurasının qətnamələri və qanunları pozur. Bununla belə, dünya ictimaiyyəti bu qəsəbəsalmalar qarşısındakı sükutunu davam etdirir.

Teqlər