HƏMAS Əl-Əqsa məscidinə hücumdan sonra sionist rejimə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/fələstin-i387431-hƏmas_Əl_Əqsa_məscidinə_hücumdan_sonra_sionist_rejimə_xəbərdarlıq_edib
HƏMAS sionist rejim parlamenti Knessetin ekstremist üzvünə xəbərdarlıq edib ki, Əl-Əqsa məscidinə hörmətsizlik etmək ağrılı nəticələrə gətirib çıxaracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2022 07:40 Asia/Baku
  • Əl-Əqsa məscidi
    Əl-Əqsa məscidi

HƏMAS sionist rejim parlamenti Knessetin ekstremist üzvünə xəbərdarlıq edib ki, Əl-Əqsa məscidinə hörmətsizlik etmək ağrılı nəticələrə gətirib çıxaracaq.

SəhərAzəri-nin məlumatına əsasən, Qüds şəhərinin İslam və Fələstinə aid olmasının əsas simvolu olan Əl-Əqsa məscidi hər zaman Qüdsü işğal edən rejimin dağıdıcı hərəkətlərinin hədəfində olub.

"Haarets" qəzetinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü Fəvzi Bərhum sionist rejim parlamenti Knessetin ekstremist üzvü İtmar Ben-Gvirə Əl-Əqsa məscidinə hörmətsizlik etdiyi üçün xəbərdarlıq edib və bu təxribatçı hərəkətin nəticələrinə görə, bu rejimin hərbçilərinin məsuliyyət daşıdığını bildirib. 

Barhum bildirib ki, İsrail polisi İtmar Ben-Gvirə Əl-Əqsa məscidinə hörmətsizlik etmək icazəsi verib.