Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər; 7 fələstinli həbs olunub
https://azeri.sahartv.ir/news/fələstin-i395024-sionist_qəsəbə_sakinləri_məscidül_Əqsaya_hücum_ediblər_7_fələstinli_həbs_olunub
Fələstin mənbələri bildiriblər ki, onlarla sionist qəsəbə sakini sionist rejimin himayəsi və dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2022 17:08 Asia/Baku
  • Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər; 7 fələstinli həbs olunub

Fələstin mənbələri bildiriblər ki, onlarla sionist qəsəbə sakini sionist rejimin himayəsi və dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Məscidül-Əqsa Qüds şəhərinin İslam və Fələstinə aid olmasının əsas simvolu olaraq, hər zaman işğalçı işğalçı rejiminin dağıdıcı hərəkətlərinin hədəfində olub.

"Mehr" xəbər agentliyinin məlumatına, işğal olunmuş Qüdsdəki yerli mənbələr  155 sionist qəsəbə sakininin sionist hərbçilərin himayəsi altında səhər və axşam Məscidül-Əqsaya hücum etdiyini bildiriblər.

Sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya hücumu və hörmətsizliyi ilə eyni zamanda yəhudiləşdirmə planlarına qarşı çıxmaq üçün fələstinlilərin bu məsciddə geniş şəkildə iştirakına çağırışlar artıbdır. 

Digər xəbərə görə, sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 7 fələstinlini həbs ediblər.

Yerli mənbələr sionist qüvvələrin 3 Fələstin vətəndaşını Beytləhmin qərbində, 1 nəfəri Əl-Xəlildə və daha 3 nəfəri Cenində həbs etdiklərini bildiriblər. 

Qeyd edək ki, ötən ilin oktyabrında sionist hərbçilər işğal altındakı Qüds və İordan çayının qərb sahilində 119-u uşaq, 30-u qadın olmaqla 690 fələstinlini həbs edib.