Apr 14, 2023 16:40 Asia/Baku
  • Ümumdünya Qüds günü- İslam Dünyasının oyanış günü

Bu gün, 2023-cü milad ili aprelin on dördü, 1444-cü hicri qəməri ili ramazan ayının 23-ü, Ümumdünya Qüds günüdür

SəhərAzəri-nin məlumatına əsasən, Mübarək ramazan ayının sonuncu cüməsi İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə Ümumdünya Qüds günü adlandırılıb.

Bu günün təyin edilməsindən sonra müsəlmanlar Fələstin məsələsinə, zülmə məruz qalan xalqları himayə istiqamətində bir zərurət kimi baxırlar.

Fələstin məsələsi İslam Dünyasının ən mühüm məsələsidir və heç bir dövrdə o nəzərdən qaçmamalıdır. Buna görə, İran İslam Respublikası dünyadakı məzlum xalqların baş himayədarı kimi, məzlum Fələstin xalqına dəstəyi əsas məsələ sayır və bu ölkənin əsas sahibləri olan fələstinlilər tərəfindən müqəddəratın təyini haqqı prinsipinə təkid edir.

Yetmiş ildən çox tarixi zülm təcrübəsi göstərir ki, Qüdsü işğal edənlər heç vaxt məzlumların hüquqlarının bərpasını qəbul etməyəcəklər və bu duruma son qoymağın yeganə yolu, işğalçıları beynəlxalq hüquq qarşısında təslim və Fələstin xalqı tərəfindən müqəddəratın təyini prinsipinə tabe olmağa vadar etmək üzrə beynəlxalq iradə, mübarizə və müqavimətin davam etdirilməsidir.

Bu cəhətdən, Ümumdünya Qüds günü nəinki təkcə bu işğalçılığın pislənilməsi, həm də başda Amerika, İsrail rejimi və onların regiondakı müttəfiqləri olmaqla dünya imperializminin müxtəlif fitnələri qarşısında İslam Ümmətinin oyanışının nişanəsidir.

Hər il mübarək ramazan ayının sonuncu cüməsinin gəlməsilə İranda və digər islami ölkələrdə oruc müsəlmanlar toplantı və yürüşlərdə iştirak etməklə Qüds gününü qeyd edirlər.

 

Teqlər