Sionist rejimin Cenindəki məğlubiyyəti
Cenin düşərgəsi əlli saat və 2002-ci ildən bəri bu bölgədə ən iri hərbi əməliyyat və döyüşün şahidi oldu.
Cenin düşərgəsi əlli saat və 2002-ci ildən bəri bu bölgədə ən iri hərbi əməliyyat və döyüşün şahidi oldu. Qəsbkar rejim ordusu bu döyüşdə çox sayda hərbçidən istifadə etdi. Döyüş işğalçı rejimin aviasiya qüvvələrinin himayəsi,/ xüsusi təyinatlı qüvvələr və batalyonların iştirakı ilə keçirildi. Qəsbkar rejim ordusu Cenin düşərgəsində müqaviməti aradan götürmək üzrə məqsədinin reallaşmasında uğursuz qaldı.
m.z- Təcavüzkar təyyarələr yaşayış bölgələrini iki dəfə hədəfə alıb, dağıtdılar. Sionist rejim snayperləri gəncləri hədəfə alırdılar.
İşğalçı rejim ordusu müqavimət qüvvələri qarşısında nakam qaldıqdan sonra qəsdən düşərgənin infrastrukturlarını dağıtmağa üz tutdu və elektrik və su sistemlərini dağıtdı. 800-ə yaxın mənzili və düşərgə küçələrini dağıtdı və üç xəstəxanaya hücumlar keçirdi. Qəsbkar hərbçilər üç min fələstinlini mənzilini tərk etməyə məcbur etdilər və on iki fələstinlini öldürdülər ki, onların hamısı mülki, bəziləri də uşaq idi.
m.m- Əlli saat hücum, 38 mənzilin dağılması ilə nəticələndi. Digər tərəfdən, yüzlərlə mənzilə xəsarət dəydi.
Düşərgənin sahəsi bir kvadrat-kilometrdən azdır. Onda on iki min fələstinli yaşayır. Düşərgə 1953-cü ildə təsis edilib. Cenin düşərgəsində və döyüşdən sonra şahidi olduğumuz səhnələr terrorçu sionistlərin mövcud olmaları gerçəkliyini ifşa edir.
m.z- Məni məhrum etdikləri evimə baxıram. İkinci dəfədir ki, məni evimdən məhrum edirlər.
Düşərgə bərpa edilmək üçün qırx milyon dollardan çox vəsaitə ehtiac duysa da, onun sakinləri müqavimətlə əhd-peymanlarına sadiq qalmaqda davam edirlər.