Noy 07, 2023 21:16 Asia/Baku
  • Bayden Təl-Əvivə 14 milyard dollarlıq kömək təklifini verib

Vaşinqtonun Təl-Əvivə elektron bombalar verməyi tədarük etməsinin xəbər doğurduğu bir şəraitdə, bir Amerika mediası bildiribdir ki, Bayden sionist rejimə on dörd milyard dollarlıq kömək paketinin verilməsini təklif edib.

“Bloomberq” amerikan telekanalının vebsaytı çərşənbə axşamı günü məlumatlı mənbələrə istinadla xəbər veribdir ki, Bayden hökumətinin İsrail üçün 14 milyard dollarlıq kömək istəməsi bu rejimin raket müdafiəsini nəzərəçarpacaq dərəcədə genişləndirəcək. Sözügedən təklif “dəmir qübbə”nin yeni atış qurğusuna şamil olur. Bu, Birləşmiş Ştatların həmin sistem üçün çəkdiyi xərclərdən təqribən iki dəfə çoxdur. Onun sayı da hazırkı miqdarın ikiqatı qədərdir.“Bloomberq”in məlumatı elə bir şəraitdə yayılır ki, çərşənbə axşamı günü “Uol Strit Cournal”, Bayden hökumətinin işğal olunmuş Fələstinə üç yüz iyirmi milyon dollarlıq elektron bombalar göndərmək niyyətində olduğunu bildirdi.

Teqlər