Xunta rejimi Hizbullahla bağlı etiraf edir
Haaretz: İsraildə Hizbullahın raketlərini dayandıracaq sistem yoxdur
Sionist İsrail rejimi Hizbullahın raketlərinin hədəfi olaraq çıxış yolu tapa bilmir.
İsrail ordusunda Hizbullahın istifadə etdiyi raketləri dayandıracaq bir sistem olmadığını yazan Haaretz rejimin çarəsizliyini etiraf edərək yazır: “Arurinin öldürülməsindən sonra İsrailə raketlər yağdıran Hizbullah hərbi məntəqələri hədəfə alıb və bu hücumların qarşısını almaq mümkün deyil”.
Qeyd edək ki, Hizbullahın şənbə günü Meron dağına raket hücumunda İsrailin strateji hava bazası vurulub. İsrail ordusu bazar günü hücumların obyektə ziyan vurduğunu etiraf edib.
Rejimin öndə gedən qəzetlərindən biri olan Haaretz Strateji Hava Bazasına böyük ziyan dəydiyini bildirərək qeyd edir ki, İsraildə Hizbullahın istifadə etdiyi tank əleyhinə raketlərin qarşısını ala biləcək bir sistem yoxdur və ordu bu cür raket hücumları qarşısında acizdir.