İsrail İslam atributlarını məhv edir
Qəzzədə 400-ə yaxın məscid dağıdılıb
Üç aylıq müharibədə cinayətkar İsrail rejimi Qəzzədə 400-ə yaxın məscidi tamamilə və ya qismən dağıdıb.
Fələstin Adminstrasiyası bildirilib ki,İsrail hərbçiləri 140 məscidi tamamilə, 240-ı isə qismən dağıdıb. 3 xristian kilsəsinə də ziyan dəyib.
Qeyd olunur ki, İsrailin hava hücumlarının vurduğu ziyan çoxdur və bərpa edilməzdir. Çünki bəzi obyektlər min ildən çox əvvəl tikilib. Dini obyektlərə atılan bəzi İsrail sursatlarının çəkisi 4,4 tonu keçib.
Fələstin Administrasiyası ibadət yerlərinə edilən bu cür hücumu “beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması”, 1954-cü il Mədəni Mülkiyyətin Mühafizəsi üzrə Haaqa Konvensiyasının pozulması adlandırıb.
Administrasiya beynəlxalq ictimaiyyəti məscidlərə və kilsələrə qarşı cinayətkar hücumları dayandırmaq üçün təcili müdaxiləyə və münaqişə bitdikdən sonra dini binaların bərpasına kömək etməyə çağırıb.