Apr 22, 2024 13:32 Asia/Baku
  • ABŞ Qəzzədə törədilən cinayətlərin ortağıdır – TƏHLİL

Sionist İsrail rejiminin Qəzzsədə soyqırımını davam etdirdiyi bir vaxtda ABŞ-ın bu rejimə 26 milyard dollarlıq hərbi və təhlükəsizlik yardımı ayırması onun Fələstin xalqına qarşı soyqırımında rəsmən iştirak etdiyini göstərir.

İkinci Dünya Müharibəsindən bəri İsrail ABŞ-ın hərbi yardımından digər ölkələrə nisbətən daha çox faydalanıb.

Qəzzədəki müharibədə, təxminən 7 aya yaxın müddətdə ABŞ istehsalı olan silahlar İsrail ordusu tərəfindən geniş şəkildə istifadə edilir. Mövcud məlumatlara görə, Qəzzədə istifadə edilən silahların çoxuna Mark 84 bombası kimi 450 və ya 900 kq-lıq bombalar daxildir.

Son illərdə ABŞ-ın İsrailə hərbi yardım büdcələri 10 illik memorandumlar çərçivəsində davam etdirilib və sonuncu memorandum 2016-cı ildə imzalanıb, buna əsasən Vaşinqton 2019-2028-ci maliyyə illəri arasında İsrailə 38 milyard dollar hərbi yardım göstərməyi öhdəsinə götürüb.

ABŞ-ın İsrailə verdiyi hərbi yardımların əksəriyyəti “Xarici Hərbi Maliyyələşdirmə” proqramı kimi müəyyən edilir.

Beləliklə də Qəzzə müharibəsindən sonra Amerika Netanyahunun sağçı hökumətinin cinayətlərində əsas tərəfdaşa çevrilib və onun əlləri açıq-aşkar Fələstin xalqının qanına bulanıb və 26 milyardlıq hərbi və təhlükəsizlik yardımının göstərilməsi Qəzzə müharibəsinin ortasında Amerikanın sionist rejimin cinayətlərində iştirakını daha da artırmaqla yanaşı, bu yardımın verilməsi müharibənin uzanmasına səbəb olacaq və faşist Netanyahunun mövqeyini gücləndirəcəkdir.

 

Teqlər