Fələstin səfiri əmirlikləri tərk etdi
https://azeri.sahartv.ir/news/fələstin-i366024-fələstin_səfiri_əmirlikləri_tərk_etdi
Fələstinin əmirliklərdəki səfiri bu ölkəni tərk edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2020 03:56 Asia/Baku
  • Fələstin səfiri əmirlikləri tərk etdi

Fələstinin əmirliklərdəki səfiri bu ölkəni tərk edib.

Səhər Azəri bildirir ki, Fələstin Fəth hərəkatının mərkəzi komitəsinin baş katibi Cəbrəil Əlrəcub dünən gecə bildirib ki, Fələstinin Əbu-Dəbidək səfiri, əmirliklərin sionist rejimlə əlaqələrin adiləşdirilməsi üzrə sazişinə etiraz olaraq, əmirliklərin ərazisini həmişəlik olaraq tərk edibdir.

Bundan öncə Fələstin Muxtariyyəti əmirliklərin sionist rejimlə əlaqələrinin adiləşdirilməsinə cavab olaraq, Əbu-Dəbidəki səfirini geri çağırmışdı.

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü əmirliklərin sionist rejimlə əlaqələrin tam şəkildə adiləşdirilməsi üzrə sazişindən xəbər verdi.

Bu saziş geniş tənqidlərlə üzləşibdir.