Xristian keşiş fələstinlilərin müdafiəsinə qalxdı
"Qüds məsələsində müsəlmanlar tək buraxılmamalıdır"
Ümümdünya Qüdsdə Ədalət və Sülh Uğrunda Təşkilatının başçısı xristianları Əl-Əqsa məscidinin İsraildən müdafiəsində müsəlmanlara qoşulmağa səsləyib
SəhərAzəri “Palinfo”-ya istinadən xəbər verir ki, katolik kilsəsinin nümayəndəsi Manuel Musallam xristianları Əl-Əqsa məscidinin İsraildən müdafiəsində müsəlmanlara qoşulmağa səsləyib, çünki söhbət tam yəhudiləşmə təhlükəsi ilə üzləşmiş Qüdsün xristian və müsəlman tarixinin qorunub saxlanılmasından gedir.
Keşiş qeyd edib ki, dinindən asılı olmayaraq, fələstinlilər Qüdsün tarixi simasının qorunub saxlanılmasında məsuliyyət daşıyırlar.
Onun sözlərinə görə, müqəddəs şəhərin ərəb sakinləri şərəf və ləyaqət, doğma torpaq və öz müqəddəs məkanları uğrunda mübarizə aparırlar və onlar öz mübarizələrində tək buraxılmamalıdırlar.
Musallam əminliyini ifadə edib ki, işğal ilə müharibə fələstinlilərin qələbəsi ilə başa çatacaq, çünki düşmənlərindən fərqli olaraq, fələstinlilərin əxlaqı var.
O əlavə edib ki, tarixdə Qüdsün işğal cəhdi ilə bağlı bir neçə hal olsa da, onlarıın hamısı cəsur və fədakar xalqın müqaviməti ilə üzləşərək nəticəsiz olub.