May 13, 2021 20:44 Asia/Baku
  • Qəsb olunmuş ərazilərdəki bütün hava limanları bağlanıb

Sionist rejimin on ikinci telekanalı bildirib ki, Fələstin müqaviməti bu rejimi hava blokadasına ala bilib.

SəhərAzəri-nin məlumatına əsasən,Fələstin müqaviməti «Ben Quryon» aeroportuna tərəf bütün təyyarələrin yolunu dəyişə və onları işğal olunmuş ərazilərdən kənarda yerləşən bir ölkəyə uçmağa məcbur edə bilibdir.

Belə bir halda, Qəzzənin cənubundan 220 kilometr aralıda yerləşən Ramon beynəlxalq hava limanı da Həmas-ın raket atəşindən sonra bağlanıb və hazırda sionist rejimin bütün hava limanları tətil vəziyyətindədirlər.

«İzzəddin Əlqəssam» batalyonlarının sözçüsü Əbu Ubəydə bu gün qəsb olunmuş Fələstinin cənubunda yerləşən «Ramon» hava limanına tərəf «Əyyaş» tipli orta mənzilli raketin atılmasından xəbər verib və deyib ki, bu raket 250 kilometrlik mənzilə və olduqca yüksək dağıdıcılıq gücünə malikdir.

Əbu Ubəydə həmçinin dünyadakı bütün aviasiya şirkətlərindən istəyibdir ki, qəsb olunmuş Fələstinə olan bütün uçuşlarını ləğv etsinlər.

Teqlər