May 27, 2021 19:18 Asia/Baku
  • Sionist rejimlə Fransa arasında diplomatik gərginlik

Sionist rejimin xarici işlər nazirliyi Fransanın Təl-Əvivdəki səfirini çağırtdıraraq, bu ölkənin xarici işlər nazirinin sionist rejimin bir aparteid rejiminə çevrilməsinə dair sözlərinə etiraz edib.

SəhərAzəri-nin məlumatına əsasən,sionist rejimin xarici işlər nazirliyi bu gün bu məqsədlə Fransanın işğal olunmuş Fələstindəki səfiri Erik Dannonu çağırtdırıb.

Sionist rejimin xarici işlər naziri Qabi Eşkinazi Dannon ilə söhətdə iddia edib ki, Jan İv Le-Drianın sözləri qəbuledilməz, əsassız və reallıqdan uzaqdır və sionist rejim öz dostlarından məsuliyyətsiz sözlər söyləməmələrini gözləyir.

Le-Drian dünən işğal olunmuş ərazilərdə baş verən son olaylara reaksiyada xəbərdarlıq edibdir ki, «iki ölkəli» həll yolunun bərpa edilməməsi sionist rejimin işğal olunmuş Fələstin ərazilərində uzunmüddətli aparteidinin yaranması ilə nəticələnə bilər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu da tvitter səhifəsində Le-Driyanın sözlərindən hiddətini ifadə edərək, Fransa hökumətinə, bu ölkənin xarici işlər nazirinin sözlərinə görə, etiraz edib.

Teqlər