Sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinə hücum ediblər
https://azeri.sahartv.ir/news/fələstin-i384791-sionist_qəsəbə_sakinləri_Əl_Əqsa_məscidinə_hücum_ediblər
Fələstinin rəsmi media mənbələri sionist qəsəbə sakinləri və sionist hərbçilərin Əl-Əqsa məscidinə hücumundan xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2022 18:00 Asia/Baku
  • Sionist
    Sionist

Fələstinin rəsmi media mənbələri sionist qəsəbə sakinləri və sionist hərbçilərin Əl-Əqsa məscidinə hücumundan xəbər veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İşğal olunmuş Qüdsün İslami Vəqflər Təşkilatı bildirib ki, bu gün (5 yanvar) onlarla sionist qəsəbə sakini və tələbə yəhudi ravvinlərin müşayiəti və sionist hərbçilərin dəstəyi ilə "Babül-Müğaribə" istiqamətindən  Əl-Əqsa məscidinə basqın ediblər. 

Məlumata əsasən, sionist qəsəbə sakinləri Əl-Əqsa məscidinin həyətlərində təxribat xarakterli hərəkətlər törədib, şərq hissəsində isə "Talmud" ayinlərini icra ediblər. 

Sionist hərbçilər də, qəsəbə sakinlərini mühafizə ediblər və fələstinlilərin Əl-Əqsa məscidinə daxil olmasına mane olmaqla, sionist qəsəbə sakinlərinin onlara hücum etməsinə şərait yaradıblar.