Yan 20, 2022 17:49 Asia/Baku
  • BMT qəsb olunmuş ərazilərdə zorakılıqların davam etməsindən nigarandır

Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi koordinatoru qəsb olunmuş ərazilərdə zorakılıqların davam etməsindən nigarançılıq ifadə edib.

BMT sözçüsü Stefan Ducarrikin sözlərinə görə, Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi koordinatoru Tor Vennesland deyir ki, işğal olunmuş Fələstin ərazilərindəki zorakılıqlar, o sıradan sionist qəsəbə sakinlərinin zorakılıqları xeyli sayda insanın ölümü ilə nəticələnəcək və gərginliklərin şiddətlənməsi təhlükəsini artıracaq.

O, əlavə edib: Tor Vennesland xəbərdarlıq edibdir ki, sionist sakinli qəsəbələrin salınması üzrə fəaliyyətlər, fələstinlilərin evlərinin uçurulması və onların öz evlərindən qovulmaları davam edir; bu da məyusluğun artmasına bais olacaq və müzakirə kanalı ilə həll yolu perspektivini azaldacaq.

Ducarrik sonra belə deyib: BMT nümayəndəsi fələstinli ailələrdən bir qrupunun on illərlə yaşadığı evindən ehtimal üzrə çıxarılmasından nigaran olmaqda davam edir. Bu evlər Şərqi Beytülmüqəddəsin Şeyx Cərrah və Silvan məhəllələrində yerləşirlər və bu addımlar zorakılığın şiddətlənməsi təhlükəsini artıracaqdır.

Ducarrikin qeyd etdiyinə görə, Yaxın Şərq sülh prosesi üzrə BMT-nin xüsusi koordinatoru sionist rejimin başçılarından istəyibdir ki, beynəlxalq qanunlara əsaslanan öhdəliklər istiqamətində fələstinliləri öz evlərindən çıxarmağa və didərgin salmağa son qoysun və fələstinliləri daha çox mənzil tikməyə qadir etmək üçün lazımi layihələr qəbul etsinlər.

BMT SİONİSTLƏRİN ZORAKI HƏRƏKƏTLƏRİNDƏN NİGARANDIR

Teqlər