Qüds və Qərb sahilində fələstinlilərlə sionist hərbçilər arasında toqquşma baş verib
Bir fələstinli gəncin şəhid edilməsindən sonra fələstinlilər İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionistlərin bu yeni cinayətinə etiraz olaraq, aksiya keçiriblər və sionist hərbçilərlə toqquşublar.
SəhərAzəri-nin məlumatına əsasən, işğal altındakı Qüdsün şərqində yerləşən sionist sakinli "Maale Adumim" yaşayış məntəqəsi yaxınlığında ötən gecə sionist hərbçilərin atəş açması nəticəsində bir gənc fələstinlinin şəhid edilməsinə etiraz olaraq; Fələstinlilər Beytləhm şəhərinin girişində kütləvi aksiya keçiriblər və Udey Əl-Təmiminin şəhid edilməsini qınayıblar.
Məlumata əsasən, İordan çayının qərb sahilinin mərkəzində yerləşən Ramallah yaxınlığındakı Nəbi Saleh kəndində insanlar etiraz aksiyasına başlayıb və bu, sionist qüvvələrin hücumu ilə qarşılanıb.
Sionist əsgərlər həmçinin Ceninin şəhərinin şimal-şərqində yerləşən Əl-Cələmə keçid məntəqəsi və işğal olunmuş Qüdsün şimalında yerləşən Qələndiyyə keçid məntəqəsində də etirazçı fələstinlilərə hücum edib, onlarla toqquşublar.