Nablusda fələstinli mübarizin terror edilməsi anının görüntüləri
"Aslanlar Yuvası" təşkilatının tanınmış döyüşçülərindən olan Tamer Əl-Kilani dünən səhər saatlarında Nablusda yanından keçdiyi motosikletin partlaması nəticəsində şəhid oldu. Onun terror edildiyi anın görüntüləri yayımlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Əl-Cəzirə telekanalının məlumatına görə, "Ərin Əl-Osud" və ya "Aslanlar Yuvası" qruplaşması bildirib ki, sionistlər bu qrupun döyüşçülərindən olan Tamer Əl-Kilanini motosikletə yerləşdirilmiş partlayıcının işə salınması ilə terror ediblər.
Bu qrup təhlükəsizlik kamerasının görüntülərini yayaraq, vurğulayıblar ki, tərkibində çox güclü partlayıcı maddələr olan bomba motosikletə quraşdırılıb və Əl-Kilani həmin yerdən keçərkən, partladılıb.
Fəth hərəkatı Tamer Əl-Kilaninin şəhadəti ilə bağlı başsağlığı verib və bazar günü Nablus şəhərində ümumi matəm elan edib.
Nablusda işğalçı qüvvələr tərəfindən terror edilən şəhid Tamer Əl-Kilaninin cənazəsinin müşayiət olunması mərasimi bu gün səhər saatlarında keçirilib.
Fələstin İslami Cihad Hərəkatı sionist hərbçilərin qorxaqcasına sui-qəsd əməliyyatında şəhid olan Tamer Əl-Kilanının şəhadəti ilə bağlı başsağlığı verib. işğalçı rejimin məğlubiyyətinə qədər müqavimətin davam etdiriləcəyini vurğulayıb.
İslami Cihad Hərəkatı bu terror cinayətinin cəsur döyüşçülərin əzm və iradəsini sarsıtmayacağını, əksinə işğalçı rejim və qəsəbə sakinləri qarşısında onların güc və möhkəmliyini artıracağını bildirib. İslami Cihad Hərəkatı deyib: "Millətimizin övladlarının və döyüşçülərinin öldürülməsi cəzasız qalmayacaq".
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS isə bildirib ki, bu sui-qəsd işğalçı rejimin artan müqavimətə, xüsusən Nablusdakı Ərin Əl-Osud qrupuna qarşı dura bilmədiyini ortaya qoyur və bu cinayətlər müqaviməti dayandırmayacaq, əksinə, onu daha da şiddətləndirəcək.
Fələstin müqavimət komitələri isə deyib: "Nablusdakı qorxaqcasına terror cinayətində şəhid edilən Tamer Əl-Kilaninin şəhid edilməsi münasibətilə başsağlığı veririk . Tamer Əl-Kilaninin və millətimizin bütün pak şəhidlərinin qanı Əl-Əqsa Məscidi və Qüdsün qurtuluş yolunu xalqımız və cəsur mücahidlər üçün işıqlandıran çıraq olacaq".
Fələstin müqavimət komitələri əlavə edib: Xalqımız üçün sionist düşmən və cinayətkar qəsəbə sakinləri qarşısında müqaviməti və inqilabı artırmaqdan başqa heç bir variant yoxdur.
Qeyd edək ki, İşğal olunmuş Fələstin ərazisində sionist rejimin gələcəyi ilə bağlı narahatlıqlar artır və Təl-Əviv liderləri kəskin siyasi parçalanmalar və fərqli mövqelər, həmçinin siyasi və əxlaqi pozğunluq və təhlükəsizlik uğursuzluqları ilə bağlı məsələlər nəticəsində daxili xaosun şahididirlər.