Noy 14, 2022 14:32 Asia/Baku
  • Həniyyə:

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri "Qüds Qılıncı"nın işğalçıların Fələstinin bütün torpaqlarından çıxarılmasına qədər sionistlərin başı üzərində çəkilmiş olacağını və qınına girməyəcəyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Əl-Əhd" portalının məlumatına görə, İsmayıl Həniyyhə çıxışında ərəb və islam ümmətləri arasında birliyin və həmrəyliyin zəruriliyini vurğulayaraq, deyib: "Sionist rejim bütün komponentləri ilə ifratçı və işğalçıdır, buna görə də, sülh, nizamlanma və danışıqlar deyilən bütün illüziyalar məhv edilməlidir və bu rejim yalnız qılınc və silah dilini başa düşür". 

Həniyyə, həmçinin Fələstin məsələsi və regionu əhatə edən problemləri nəzərdən keçirib və deyib: "Bu çətinliklər, sionist rejimin parlament seçkiləri, dini sionizmin bu seçkilərdə qələbəsi, işğalçıların Məscidül-Əqsa üzərində dini suverenlik tətbiq etmək, onu məkan və zaman baxımından bölmək cəhdi, Həmçinin Fələstin məsələsinin bütün elementlərinə zərbə vurmağa çalışması və ən başlıcası qaçqınların geri qayıtma hüququnun ləğv edilməsidir". 

O, əlavə edib: "Nə qədər ki, Qüds bu mənada hədəfə alınıb, onun bizimlə düşmən arasında münaqişənin mərkəzi olduğunu təsdiqləyən üfüq və strateji prioritetimiz var və bu, bizi birləşdirəcək".

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri millətin və İslam ümmətinin dəyərlərinə, hər şeydən əvvəl Qüds məsələsinə və fələstinli qaçqınların qayıdış haqqına sadiqliyin zəruriliyni vurğulayaraq, deyib: "Fələstin xalqının öz torpaqlarında olmaq haqqı var və məhbuslarımız həbsxanalardan azad edilməli, Qəzzənin mühasirəsi aradan qaldırılmalı və xüsusilə də İordan şayının qərb sahilində işğala qarşı müqavimət davam etməlidir. Hansı ki, biz hər gün onun Qərb sahilində və işğal olunmuş Qüdsdə "Aslanlar yuvası" kimi yeni ərsəyə gəlmiş qrupların və müqavimətin bütün qolları vasitəsilə artmasının şahidi oluruq."

Teqlər