Apr 16, 2023 21:04 Asia/Baku
  • Ardıcı 15-ci həftə olaraq; İşğal altındakı Fələstində Netanyahuya qarşı kütləvi etirazlar

Xəbər mənbələri şənbə gecəsi bildiriblər ki, işğal olunmuş Fələstində ardıcıl 15-ci həftədir ki, baş nazir Benyamin Netanyahu və onun kabinetinə qarşı kütləvi nümayişlər keçirilir.

İvrit dilli KİV-lərin məlumatına görə, şənbə günü gecə, minlərlə sionist baş nazir Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları planına etiraz etmək üçün Təl-Əvivin Kaplan küçəsində nümayiş keçirib, işğalçı İsrail polisi isə etirazlarla eyni vaxtda bir çox bir çox küçələrin nəqliyyatın hərəkətinə bağlandığını elan edib.

Məlumata əsasən, daha kiçik nümayişlər digər şəhərlərdə, xüsusilə Hayfa və Qüdsdə keçirilib. Hayfa şəhərində etirazçılar sionist rejimin ədliyyə naziri Yariv Levinin evi qarşısında etiraz aksiyası keçiriblər.

Məhkəmə-hüquq sistemi haqqında qanuna dəyişiklik edilməsi planından sonra bütün işğal olunmuş ərazilərdə həftəlik nümayişlər keçirilir.

Ötən həftələrdə Təl-Əviv, Hayfa, İşğal olunmuş Qüds, Beer Səbə, Rişon Letion və Herzliya da daxil olmaqla, işğal olunmuş Fələstinin şimalından cənubuna qədər onlarla şəhər Netanyahunun ifrat sağçı kabinetinə və sionist rejimin məhkəmə sistemində islahatlara qarşı nümayişlərə səhnə olub. 

Sionist rejimin müxalifət lidrləri Netanyahu hökumətinin həyata keçirmək istədiyi islahatları məhkəmə sistemini zəiflətmək və bu şəxsiyyətin onun üç korrupsiya və rüşvət işi üzrə mühakimə olunmasının qarşısını almaq cəhdi kimi dəyərləndiri və hesab edirlər ki, kabinetin bu hərəkətləri sionist rejimi münaqişəyə, vətəndaş müharibəsinə və süquta doğru aparır. 

Etirazçılar məhkəmə sistemi islahatlarının bu rejimi idarə edən saxta demokratiyaya güclü zərbə olduğuna inannırlar, çünki bu plan Ali Məhkəmənin iki sahədə səlahiyyətlərini məhdudlaşdırır; Bir tərəfdən, kabinet sionist rejimin Ali Məhkəməsinin hakimi də daxil olmaqla, hakimlərin təyinatına tam nəzarət edəcək. Digər tərəfdən, bu plan Ali Məhkəmənin Nazirlər Kabinetinin qanun və qərarlarını ləğv etmək səlahiyyətini ciddi şəkildə məhdudlaşdırır və Knessetə məhkəmənin ləğv etdiyi qanunları yenidən qəbul etməyə icazə verir.

Bu planın təsdiqi bu yaxınlarda Netanyahu tərəfindən təxirə salındı, lakin etirazçılar bu planın tamamilə ləğv edilməsini tələb edirlər. 

Teqlər