Yəhya Səri: İsrailə gedən gəmi hədəfə alınıb
https://azeri.sahartv.ir/news/fələstin-i407248-yəhya_səri_İsrailə_gedən_gəmi_hədəfə_alınıb
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəmən donanmasının İsrail gəmilərinə qarşı yeni əməliyyatlarının təfərrüatlarını açıqlayıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Yan 05, 2024 09:31 Asia/Baku
  • Yəhya Səri: İsrailə gedən gəmi hədəfə alınıb

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəmən donanmasının İsrail gəmilərinə qarşı yeni əməliyyatlarının təfərrüatlarını açıqlayıb.

Briqada generalı Yəhya Səri deyib: “Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstin limanlarına doğru hərəkət edən daha bir gəmini hədəf alıb. Əməliyyat gəminin heyətinin Yəmən dəniz qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına cavab verməkdən imtina etməsindən sonra həyata keçirilib”.

Onun sözlərinə görə, Fələstin xalqının ehtiyac duyduğu qida və dərmanlar Qəzzə zolağına daxil olmadığı müddətcə, işğal olunmuş Fələstin limanlarına gedən İsrail gəmilərinin hərəkətinə maneə törədiləcək.

Yəhya Səri qeyd edib ki, Yəmən silahlı qüvvələri ABŞ və digərlərinə İsrailin ticarət gəmilərini qorumaq üçün görünən hər hansı hücum və ya hərəkətə qarşı xəbərdarlıq edir.