Sionist rejim təşviş içərisində;
Haaqa Məhkəməsinin qərarı xunta rejiminə ağır zərbə olacaq
Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Qəzzədə soyqırım törətdiyinə dair istənilən qərarı əhəmiyyətli mənfi mənəvi nəticələrə səbəb olacaq.
Sionist Haaretz qəzeti bu barədə yazıb ki, Haaqa Məhkəməsinin qərarı Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna İsrailin yüksək vəzifəli məmurlarına qarşı tədbirlər görməyə imkan verəcəkdir.
Ötən həftə Cənubi Afrika Haaqa Məhkəməsinə “İsrailin Qəzzədə fələstinlilərə qarşı soyqırım mahiyyəti daşıyan hərəkətləri” ilə bağlı şikayət təqdim edib və İsrailin Qəzzə zolağına hücumlarını dayandırmaq üçün müvəqqəti əmr verməyə çağırıb. Bu iş üzrə məhkəmə iclası yanvarın 11 və 12-nə təyin edilib. İndiyədək Malayziya və Türkiyə bu şikayəti dəstəkləyib.
Kan telekanalı İsrail rəsmilərinin Haaqa Ədalət Məhkəməsinin Qəzzədə hərbi əməliyyatların dayandırılması barədə qərar çıxarmasından qorxduğunu bildirib.
Sionist rejimin “xarici işlər nazirliyi” öz səfirliklərinə və siyasətçilərə Cənubi Afrikanın şikayətinə qarşı çıxmaları üçün təzyiq göstərməyi tapşırıb.