Mart 22, 2024 14:24 Asia/Baku
  • ABŞ sionist rejimi müşayiət etməkdən geri çəkilib

Daim Qəzzə zolağına hücumda sionist rejimə dəstək verən Amerika, bu dəfə Qəzzə zolağında təcili və davamlı atəşkəsə dair qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

MOSSAD-ın rəisi- Devid Barnea-nın başçılıq etdiyi İsrail rejiminin nümayəndə heyətinin Dohadakı keçirdiyi müzakirələrin uğursuz qalmasından iki gün sonra, həmçinin Qəzzədəki soyqırımında sionist rejimi müşayiət etməyi davam etdirməkdən çəkinməsi üçün Co Bayden hökumətinə göstərilən daxili və beynəlxalq təzyiqlərin artması ilə,/ Ağ Ev/ Təl-Əviv-in istəyinin əksinə gedərək, Qəzzədə sülh və atəşkəsə çatmaq üzrə qətnamə layihəsi təqdim etməyə məcbur olub.

Amerika/ üzərində altıncı dəfə dəyişiklik apardığı qətnamə layihəsinin mətnini BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edib.

Bu qətnamə layihəsinə əsasən və onun qəbul ediləcəyi təqdirdə,/ BMT Təhlükəsizlik Şurası/ mülkiləri himayə istiqamətində/ Qəzzədəki bütün tərəflər vasitəsilə təcili və daimi atəşkəsin bərqərar edilməsi zərurətini qəbul edəcək.

Amerikanın bu addımı ilə bir zamanda, ABŞ dövlət katibi Entoni Blinken/ Qəzzə zolağında sionist rejimin müharibəsini durdurmaq istiqamətində vasitəçilik səylərini araşdırmaq üçün Qərbi Asiya-ya səfər edib.

Amerika ötən beş ayda digər ölkələr tərəfindən təqdim olunan qətnamə layihələrinə üç dəfə veto qoymaqla/ İsrail rejiminin vəhşicəsinə hədəflərinə və Fələstin xalqına qarşı soyqırımının davam etdirilməsinə dəstək istiqamətində addım atıbdır. Ehtimal edilir ki, Vaşinqtonun təqdim etdiyi qətnamə layihəsi ciddi müxalifətlə üzləşməyəcəkdir.

 

 

Teqlər