Apr 21, 2019 09:11 Asia/Baku
  • Həzrət Məhdi(əc)-ın mövlud günü mübarək olsun!
    Həzrət Məhdi(əc)-ın mövlud günü mübarək olsun!

Bu gün, 1440-cı il hicri qəməri ili şəban ayının on beşi və 2019-cu il aprelin 21-i, dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdi(əc)-in mübarək mövludunun ildönümü günüdür.

Həzrət Məhdi(əc) 255-ci hicri qəməri ili şəban ayının on beşi səhərçağı Samirra şəhərində dünyaya göz açıb. O həzrətin möhtərəm atası İmam Həsən Əsgəri(ə), anası isə Nərcis xatun olubdur.

Həzrət Məhdi(əc) dünyaya gəldikdən sonra təqribən beş il ərzində möhtərəm atası İmam Həsən Əsgəri(ə)-ın başçılığı altında yarıgizli şəkildə yaşayırdı.

Həzrət İmam Həsən Əsgəri(ə)-ın 260-cı hicri qəməri ilində şəhid olmasından sonra qısa qeybolma dövrü başlandı və 329-cu ilədək davam etdi. Bu dövrdə Həzrət Məhdi(əc) özünün dörd nümayəndəsi vasitəsilə xalqın işlərini idarə edirdi.

İmam Zaman(əc)-in böyük qeybolma dövrü də 329-cu hicri qəməri ilindən başlanıbdır.

Həzrət İmam Məhdi(əc)-in mövlud gününün ildönümünün gecəsi və günündə İslami İran xalqı və dünya şiələri dini məkanlarda olub, müxtəlif şənliklər keçirərək, İmam Zamanı(əc)-ə öz hörmətlərini ifadə edirlər.

Şərbət və şirniyyatın paylanması, mövludxanlıq və mədhiyyəxanlıq mərasimlərinin keçirilməsi Həzrət İmam Məhdi(əc)-in mövlud gününün ildönümünün gecəsi və günündə İranın müsəlman xalqının mühüm tədbirlərindəndir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı bəşəriyyət aləminin yeganə xilaskarı, İmam Zaman(əc)-in mövludunun ildönümü günü münasibətilə bütün müsəlmanları və dünyanın digər azadlıqsevərlərini təbrik edir.

Teqlər