Avq 20, 2019 07:11 Asia/Baku
  • Səadətli Qədiri-Xum bayramı mübarək olsun!

Bu gün 1440-cı hicri qəməri ili zilhəccə ayının 18-i, 2019-cu il avqustun 20-si, müsəlmanların böyük bayramlarından olan səadətli Qədiri-Xum bayramıdır.

Qədiri-Xum Məkkə və Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s.) vida həccindən geri dönərkən Qədirİ-Xumda dayanaraq, dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)-ı özündən sonra "Vəli" elan etdi.

Əziz İslam Peyğəmbəri(s.ə.s.) özünün sonuncu həccindən geri dönərkən həccdə iştirak emiş bütün müsəlmanları Qədirİ-Xum məntəqəsində bir yerə toplayaraq, həmin məkanda Həzrət İmam Əli(ə)-ı Allah-Taalanın tərəfindən özünün canişini, qardaşı və vəsisi kimi təqdim etdi.

Həzrət Məhəmməd(s.ə.s.) Qədiri-Xumda etdiyi mühüm çıxışında dedi: "Mən hər kimin mövlasıyamsa, məndən sonra Əli(ə) onun mövlasıdır".

İslami rəvayətlərdə ən böyük bayram- Eyd-ul-Əkbər kimi təbir olunmuş Səadətli Qədiri-Xum bayramını bütün ilahi dinlərin ən böyük bayramı kimi təbir etmək olar, zira bütün ilahi peyğəmbərlərin zəhmətlərinin məhsulu bu gündə nəticəyə çatdı.

İslami İranın mömin xalqı səadətli Qədiri-Xum bayramında dini məkanlarda olmaqdan və müxtəlif şənliklər keçirməkdən əlavə, seyidlərin görüşünə gedir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı da Qədiri-Xum bayramı münasibəti ilə bütün şiələri, digər müsəlmanları və dünya azadlıqsevərlərini təbrik edir. 

Teqlər