İyun 17, 2020 00:24 Asia/Baku
  • İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

İslami İran şiələrin altıncı imamı, Şiə Məktəbinin banisi İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü gecəsində matəm içindədir.

Bu gün, 1441-ci hicri qəməri ili şəvval ayının 25-i, imamət səmasının altıncı parlaq ulduzu İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Cəfər Sadiq(ə) özünün məhsuldar ömrü boyu tədrislə məşğul olub, şiələr və sünnilər daxil olmaqla İslam dininin davamçılarının suallarını cavablandıraraq, dəlil və məntiqlə şiə məktəbinin qüdrətini İslamın bütün davamçılarına sübut edə bildi.

Bu hərəkətin təsiri o həddə idi ki, sünni əhlinin böyüklərindən olan Şafei, Malik və Əbu-Hənifə kimi şəxslər də İmam Cəfər Sadiq(ə)-ın elmindən bəhrələndilər.

İran İslam Respublikasının TeleRadio Təşkilatı dünya şiələrinin altıncı imamı-İmam Cəfər Sadiq(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara, dünya azadlıqsevərlərinə və xüsusən şiə məzhəbinin davamçılarına başsağlığı verir.

Teqlər