Sen 01, 2020 06:55 Asia/Baku
  • Bu gün İmam Zeynül-Abidinin (ə) şəhadətinin ildönümü günüdür

Bü gün Məhərrəm ayının 12-i İmam Hüseynin (ə) Səccad ləqəbli övladı və Allah Rəsulunun (s.ə.s) pak nəvəsi, İmam Zeynül-Abidinin (ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir,İmam Zeynül-Abidin şiələrin dördüncü imamı 38-ci hicri qəməri ili Mədinə şəhərində dünyaya göz açıb.

Kərbəla hadisəsində ilahi məsləhətə əsasən, xəstə yatağında olan İmam Səccad (ə) İmam Hüseynin (ə) böyük hərəkatından sonra Aşura hadisəsinin müraciətini yaymaq və əziz atasının yolunu davam etdirməkdə ağır məsuliyyəti üzərinə götürdü.

Şiələrin dördüncü imamı özünəməxsus müdrikliyi ilə Quran və İslam peyğəmbərinin (s.ə.s) Sünnəsini qorumaq üçün müsəlman alimlər yetişdirdi.

İmam Səccadın (ə) müsəlmanlar üçün digər bir dəyərli irsi "Səhifeyi-Səccadiyyə" adlı bir kitabdır. Baxmayaraq ki, bu kitab dua və Allaha yalvarışlardan ibarət bir kitabdır, lakin bir çox İslam, irfan və əxlaq elmləri və maariflərini, dini ehkam və qanunları, həmçinin siyasi və həssas məsələləri özündə ehtiva edib.

İran İslam Respublikasının Teleradio Təşkilatı İmam Səccadın (ə) şəhadətinin ildönümü günü münasibətilə bütün dünya müsəlmanlarına, xüsusilə şiələrə başsağlığı verir.

Teqlər