Okt 25, 2020 06:33 Asia/Baku
  • Şiələrin on birinci imamının şəhadətinin ildönümü günü münasibətilə başsağlığı veririk

Bu gün, rəbiuləvvəl ayının 8-i, şiələrin on birinci imamı, İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günüdür.

SəhərAzəri bildirir ki, Əziz İslam Peyğəmbəri(s.ə.s)-in pak övladlarından olan İmam Həsən Əskəri(ə) 260-cı hicri qəməri ili rəbiuləvvəl ayının səkkizində Samirra şəhərində şəhid edilib.

İmam Həsən Əskəri(ə)-ın əziz atası, Həzrət İmam Hadi(ə), anası isə xeyirxah, fəzilətli və alim bir qadın olubdur.

İmam Həsən Əskəri(ə) atasının şəhadətindən sonra müsəlmanların dini rəhbərliyini üzərinə götürübdür.

Bu böyük imam özünün elm və bilik məktəbində fəzilətli alimlər yetişdiribdir ki, onların hər biri islami elmlər sahəsində yazılı əsərlər qoymaqla islami maarifin yüksəlişi üçün təsirli addımlar atıbdır.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı dünya şiələrinin on birinci imamı, Həzrət İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə müsəlmanlara və dünyadakı digər azadlıqsevərlərə başsağlığı verir.

Teqlər