May 02, 2021 12:42 Asia/Baku
  • İslami İranda ilk Qədr gecəsi mərasimi keçirilib

Fəzilətlə dolu qədr gecələrindən ilk gecənin əhya mərasimi, koronavirusun yayılmasının qarşısını almaq istiqamətində səhiyyə protokollarının nəzərə alınması ilə, bütün İslami İranda keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, İmamət və vilayət aşiqləri dünən gecə mübarək Ramazan ayının 19-cu gecəsində məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gəliblər. Obaşdan çağınadək «Əlqəus, Əlqəus» deyən möminlər Quran qiraət edib, «Cuşən Kəbir» duası oxuyaraq, böyük ilahi adları zümzümə ediblər.

Paklıq Əhli-Beyti(ə) məddahları da möminlər ağası Həzrət Əli(ə)-ın şəninə növhə və mərsiyələr oxuyublar.

Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələridir. Müsəlmanlar həmin müqəddəs gecələrdə gecəni oyaq qalmaq, başlarına Quran tutmaq, dua etmək və «Cuşən Kəbir» duası oxumaqla, Allah-Taala ilə raz-u-niyaz edirlər.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı Allah-Taaladan mübarək Ramazan ayı, xüsusilə də Qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını diləyir.

 

Teqlər