Okt 07, 2021 09:40 Asia/Baku
  • İmam Rzanın(ə) şəhadəti günü
    İmam Rzanın(ə) şəhadəti günü

İslami İran Həzrət İmam Rzanın(ə) şəhadətinin ildönümü günündə matəm içindədir.

Bu gün səfər ayının 30-u, Həzrət İmam Rzanın(ə) şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza(ə) 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ili səfər ayının sonuncu günündə şəhid olubdur.

Həzrət İmam Rzanın(ə) həyatı və imamlığı dövrü xalqın Əhli-Beytə(ə) təmayülünün yüksəldiyi dövrə təsadüf edir.

Xalqın dünya şiələrinin səkkizinci imamına(ə) olan meylinin yüksəlməsilə Abbasi xəlifəsi Məmun fitnəkarlıqla o həzrəti zəhərləndirərək, şəhid etdi.

İslami İran xalqı hər il Həzrət İmam Rzanın(ə) şəhadətinin ildönümü günü və gecəsində hüseyniyyələr, məscidlər və o həzrətin Məşhəd şəhərindəki pak ziyarətgahında olaraq, əzadarlıq edir.

İran İslam Respublikasının Teleradio Təşkilatı dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın(ə) şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

 

Teqlər