Okt 24, 2021 00:51 Asia/Baku
  • Əziz islam peyğəmbərinin(s.ə) mövludu mübarək olsun!

Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, bu gün 1443-ci hicri qəməri ili Rəbiül-Əvvəl ayının 17-i, 2021-ci milad ili oktyabrın 24-ü əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və şiələrin 6-cı imamı Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.

Sünni tarixinə əsasən 12 Rəbiül-Əvvəl islam peyğəmbərinin viladətinə təsadüf edir və şiələr də 17 Rəbiül-Əvvəli Allah rəsulunun viladəti günü hesab edirlər. İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə 12-17 Rəbiül-Əvvəl Vəhdət Həftəsi olaraq, adlandırılıb.

Bundan əvvəlki illərdə, İranın müxtəlif yerlərində vətəndaşlar, şiə və sünni birlikdə, məscidləri, mənzilləri, küçələri, mağazaları rəngli bayraqlar və çıraqlarla bəzəyərək mərasim təşkil edir, şirni və noğul palyayır və bu səadətli günü şənlik edirdilər, Lakin bu il koronavirus pandemiyası ilə əlaqədar bu şənlik mərasimləri fərqli şəkildə keçirilir.

SəhərAzəri Televiziya kanalı sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) və Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü münasibəti ilə bütün müsəlmanları və dünyanın azadlıqsevərlərini təbrik edir.

 

 

Teqlər