Dek 18, 2021 21:08 Asia/Baku
  • Həzrət Fatimə(s.ə)-nın şəhadəti ilə bağlı başsağlığı veririk
    Həzrət Fatimə(s.ə)-nın şəhadəti ilə bağlı başsağlığı veririk

Bu gün, cəmadiuləvvəl ayının on üçü, Böyük İslam Peyğəmbəri- Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın rəvayətə görə, şəhadətinin ildönümü günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) besətin beşinci ilində, cəmadiussani ayının iyirmisində müqəddəs Məkkə şəhərində dünyaya gəlib.

Xanım Fatimeyi-Zəhra(s.ə.) uşaqlıqdan atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in məsləhətləri ilə yüksək ilahi maarif ilə tanış olub.

O həzrət  Allah-Taala dərgahının/ ilahi elmlər bulağından olduqca bəhrələnmiş xüsusiyyətlərindən olubdur.

Xanım Fatimeyi-Zəhra(s.ə.) öz ətəyində İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi böyük və tarixyaradan şəxsiyyətlər yetişdirib.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası-Həzrət Məhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində, rəvayətə görə, cəmadiuləvvəl ayının on üçündə şəhid olub.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın, rəvayətə görə, şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.

HƏZRƏT FATİMƏ(S.Ə)-NIN ŞƏHADƏTİNƏ GÖRƏ, BAŞSAĞLIĞI VERİRİK