May 02, 2022 19:34 Asia/Baku
  • Fitr bayramı mübarək olsun!
    Fitr bayramı mübarək olsun!

Sabah mayın 3-ü İran İslam Respublikasında şəvval ayının birinə, səadətli Fitr bayramı gününə təsadüf edir.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya ofisi dünən gecə bir məlumatda bazar ertəsi gününün ramazan ayının 30-u olduğunu elan etdi. Beləliklə Fitr bayramının çərşənbə axşamına təsadüf etməsi təsbit olundu.

İslam mədəniyyətində Şəvval ayının biri Fitr bayramı və fitrətə qayıdış şənliyi təyin olunmuşdur. Çünki oruc tutmuş müsəlmanlar mübarək Ramazan ayı ərzində Allaha ibadətlə, günahların bağışlanmasını diləməklə, zahiri və daxili çirkinliklərdən ruhlarını və cisimlərini təmizləmişlər və həqiqi fitrətinə doğru qayıtmışlar.

Sabah İranın bütün şəhər və kəndlərində möminlərin geniş iştirakı ilə bayram namazı qılınacaq.

Qeyd edək ki, bir çox müsəlman ölkədə bu gün Fitr bayramı olaraq qeyd olundu.

SəhərAzəri Televiziya kanalı müsəlmanların ən böyük bayramlarından biri olan Fitr bayramı münasibəti ilə bütün islam dünyasını və dünya müsəlmanlarını təbrik edir.