Mart 05, 2018 10:35 Asia/Baku
  • Bəşar Əsəd: Amerikan koalisiya Suriyada İŞİD-in hamisidir
    Bəşar Əsəd: Amerikan koalisiya Suriyada İŞİD-in hamisidir

Suriya prezidenti Amerikanın başçılıq etdiyi sözdə İŞİD-ə qarşı koalisiyanı qınayaraq deyib: Bu qüvvələr əməldə İŞİD terror qrupunun hava qüvvələrinə çevrilib.

Əl-Aləmin verdiyi məlumata görə, Bəşar Əsəd bazar günü İranın xarici işlər nazirinin köməkçisi Hüseyn Cabiri Ənsari ilə görüşündən sonra Dəməşqdə müxbirlərə verdiyi açıqlamada deyib: Amerikan koalisiyanın məqsədi sadəcə İŞİD kimi terrorçu qruplara dəstək verməkdən ibarətdir. \

Suriya prezidenti şərqi Qutə sakinlərinin terrorçulardan xilas olmaq istədiklərini bildirərək deyib: Suriya ordusu bu ərazidəki əhaliyə dəstək istiqamətində şərqi Qutənin azad edilməsi əməliyyatını davam etdirəcək. 

Bəşar Əsəd atəşkəs ilə anti-terror əməliyyat arasında ziddiyyətin olduğunu bildirərək deyib: Suriya ordusunun şərqi Qutədəki əməliyyatı terrorizm ilə müharibənin davamıdır. 

Suriya prezidenti qərb ölkələrinin Suriya dövlətinin kimyəvi silahlardan istifadə etməsinə dair əsassız iddialarına toxunaraq deyib: Amerika və onun müttəfiqləri Suriya dövlətini kimyəvi silahlardan istifadədə ittiham etməklə, Suriya ordusuna qarşı öz hücumlarını əsaslandırmaq istəyirlər. 

Amerika və onun müttəfiqləri indiyədək dəfələrlə Suriya dövlətini kimyəvi hücumda ittiham ediblər və rəsmi Dəməşq həmişə bu ittihamları qətiyyətlə rədd edib. 

Rəsmi məlumatlara görə terrorçular İraq və Suriyada dəfələrlə kimyəvi silahdan istifadə ediblər. 

Bir çox ekspertlər Suriya dövlətinin kimyəvi silahdan istifadə etməkdə ittihamlandırılmasının ümumi fikri həqiqətlərdən yayındırmaq və Suriya ordusunun terrorçulara qarşı son qələbələrini alt-üst göstərmək məqsədi güddüyünü bildirirlər. \

Rusiya XİN-i də son günlər bildirib ki, Amerika və onun müttəfiqləri Suriya dövlətini kimyəvi silahdan istifadə etməkdə ittihamlandırmaqda məqsədi terrorçuları xilas etməkdir. 

Teqlər