Avq 27, 2019 12:43 Asia/Baku
  • Sionist rejim müqavimətin raket hücumları qorxusundan “dəmir günbəz” sistemi yerləşdirib
    Sionist rejim müqavimətin raket hücumları qorxusundan “dəmir günbəz” sistemi yerləşdirib

Sionist rejim ordusu Qəzzə zolağında müqavimət qruplarının hücumlarından qorxaraq, işğal olunmuş Fələstinin şimalından cənubunadək “dəmir günbəz” sistemi yerləşdirib.

Sionist rejimin bu rejimin Suriyaya, İraqa, Livana və Qəzzə zolağına qarşı son təcavüzündən sonra işğal olunmuş ərazilərdə müqavimətin ehtimal olunan hücumlarından qorxmasının ardınca sionsit rejim ordusu hazır vəziyyətə gətirilibdir.

Bununla bağlı, Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin baş komandanlığı bir bəyanatda bildirib: Sionistlərin müqavimət mehvərinə və onun təsiredici qüvvələrinə, xüsusən Suriyaya və Hizbullaha qarşı hücumlarının artması sionist rejimin başını itirməsinin nişanəsidir.

Fələstinin azadlığı uğrunda xalq cəbhəsi əlavə edib: Sionist rejimin baş naziri Benyamin Netanyahunun siyasətləri və bu rejimin hərbi avantüraları onu devrilməkdən xilas edə bilməz və sionist qəsəbə sakinləri də müqavimətin cavabı və reaksiyasından amanda qalmayacaqlar.

Sionist rejim təyyarələri Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin başçılarından birinin Livanın Qusaya bölgəsinin Bəqa məntəqəsində yerləşən qərargahlarından birini bombardman ediblər.

Teqlər