Yan 08, 2020 18:02 Asia/Baku
  • Ənsarullah:
    Ənsarullah: "ABŞ-ın cinayətləri müqavimət mehvərini daha da güclü və yekdil edəcək"

Yəmən Ənsarullahının siyasi bürosunun üzvü müqavimət mehvərinə endirilən hər bir zərbənin onun daha da güclü və yekdil olmasına səbəb olacağını vurğulayıb.

İRNA-nın məlumatına görə, Yəmən Ənsarullahının üzvü Muhəmməd Əl-Bəxiti deyib ki, ABŞ prezidenti Donald Tramp ordu generalı şəhid Qasim Süleymani və İraq xalq səfərbər təşkilatının komandir müavini və onların silahdaşlarını şəhid etməklə törətdiyi cinayətin İran, Livan, Fələstin, Suriya, İraq, Yəmən və dünyanın istənilən nöqtəsində müqavimət cəbhəsini daha da birləşdirəcəyini bilməlidir.

Süheyl Əl-Məzrui Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri İranın general Qasim Süleymaninin terrer edilməsinə reaksiyada ABŞ-ın İraqda yerləşən ən önəmli hərbi bazasına raket zərbələri endirməsindən bir neçə saat sonra ümidvarlıq edib ki, sakitlik yaranacaqdır.

Röyters-in məlumatına əsasən, BƏƏ-in energetika nazri gərginliyin azalmasına və neft bazarında sabitliyin yaranmasına ümidvar olduğunu bildirib.

İraq parlamentinin Əl-Fəth fraksiyası ABŞ-ın bazaları və qoşunlarının İraqda mövcudluğunu bu ölkənin suverenliyinin pozulması kimi xarakterizə edib və onların İraqdan çıxarılmasına çağırıb. 

İraq Kürdüstanı bölgəsinin baş naziri Məsrur Barzani bu bölgə hökumətinin gərginliyi azaltmaq və sabitliyi təmin etmək üçün bütün tərəflərlə əlaqə quracağını bildirib.

İraqın Əsaib Əhləl-Haq qüvvələrinin baş katibi deyib ki, Həşdüş-Şəbinin komandir müavininin terror edilməsinə reaksiya vermk üçün növbə İraqındır.

Teqlər