İyun 30, 2020 12:59 Asia/Baku
  • BMT yenidən Yəməndə atəşkəsin elan olunmasına çalışır

BMT baş katibinin sözçüsü bu təşkilatın Yəmən məsələləri üzrə nümayəndəsinin bu ölkədə atəşkəsin elan olunmasına dair səylərinin yenidən başlanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, BMT baş katibinin sözçüsü Stefan Ducarrik deyib ki, bu təşkilatın Yəmən məsələləri üzrə nümayəndəsi Martin Qriffits atəşkəsin elan olunması və siyasi prosesin təcili bərpası barədə olan səylər çərçivəsində Ərriyadda danışıqlara başlayacaq.

Yəməndə atəşkəs məsələsi elə bir halda yenidən BMT tərəfindən irəli sürülür ki, onun bir neçə dəfə elan olunmasına rəğmən, səud koalisiyası daim Yəmənin müxtəlif bölgələrini bombalamaqda davam edir.

Yəmən 2015-ci ilin martından ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə Ərəbistanın hərbi hücumu səhnəsidir. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək 16 mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

 

Teqlər