İyul 04, 2020 11:19 Asia/Baku
  • İraq quru qüvvələri Türkiyə ilə sərhəddə yerləşib

İraqın quru qoşunları, Türkiyənin hücumlarına qarşı öz ərazi bütövlüyünü qorumaq üçün Türkiyə ilə sərhəd bölgəsində yerləşdirilib.

SəhərAzəri xəbər verir, Türkiyənin quru və hava hücumları və artilleriya atəşi ilə eyni zamanda İraq mənbələri, quru qoşunlarının ölkənin şimalında Türkiyə ilə sərhəddə yerləşdirildiyini bildirdi.
İraq mənbələri bu hərəkətdə məqsədin türk qüvvələrinin İraq ərazisinə girməsinin qarşısını almaq olduğunu bildirirlər. Xəbərdə İraq qüvvələrinin ölçüsü və sayı barədə açıqlama verilməyib.
Türk qırıcıları dünən (cümə) İraqın şimalındakı Dehuk əyalətindəki iki dağlıq bölgəni bombalayıb, xəsarətlər və insan tələfatı barədə məlumat yayılmayıb.
Məlumatlara görə Türk qüvvələri indiyədək İraqın şimalındakı dağlarda 24 hərbi baza yaradıblar.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf dünən yenidən Bağdad hökuməti ilə razılaşdırılmadan birtərəfli olaraq Türkiyənin İraqın şimalındakı əməliyyatlara son qoyulmasını tələb edib.

Teqlər