İyul 29, 2020 08:30 Asia/Baku
  • Səudiyyə Ərəbistanında Həcc mərasimləri gigiyena tədbirləri altında başlayıb

Səudiyyə Ərəbistanında Həcc ziyarəti mərasimləri koronavirusun yayılmasının qarşısını almaq məqsədilə çox ciddi gigiyena tədbirləri altında Məscidül-Həramda az sayda zəvvarın iştirakı ilə başlayıb.

SəhərAzəri xəbər verir, Bu Həcc ziyarəti tarixində ilk dəfədir ki, bütün hacılar təkcə bir məkanda möhrim olur və Həcc Mərasiminə qatılırlar.

Koronavirus pandemiyasını nəzərə alaraq, ötən illərələ müqayisədə hacıların sayı çox azdır və on min nəfərə çatır ki, onların hamısıda Ərəbistan vətəndaşları və ya bu ölkədə yaşıyan xarici vətəndaşlardır.

Səudiyyə Ərəbistanı rəsmilərinin bildirdiyinə əsasən, Sabah Ərəfə günü adı ilə tanınan Zil-Həccə ayının doqquzu zəvvarlar Həcc rituallarının əsas hissəsini yerinə yetirmək üçün Minadan Ərəfat səhrasına gedəcəklər.

Keçən ilki Həcc ziyarətində iki milyon 500 min nəfər iştirak edib. 

" Worldometer" internet saytının son məlumatına əsasən, Səudiyyə Ərəbistanında indiyədək təxminən 271 min nəfər koronavirusa yoluxub, onlardan iki min 800 nəfər həyatını itirib.

Teqlər