İyul 30, 2020 23:18 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı xəbərdarlıq edib

Beynəlxalq Amnistiya Təşkilatı İŞİD terror qruplaşmasının əsirliyindən azad edilmiş təxminən iki min uşağın hələ də aldıqları psixi və fiziki zədədən əziyyət çəkdiyini bildirib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı bir hesabat yayaraq, bildirib ki, İraqın şimalında min 992 uşaq İŞİD terror qruplaşması tərəfindən işgəncə, icbarı hərbi xidmət, təcavüz və digər sui-istifadələrə məruz qalıblar və onlara lazımi qayğı göstərilməyib.

Bu uşaqların çoxu elə bir vəziyyətdə öz ailələrinə qaytarılıblar ki, aclıq, işgəncə və məcburi əmək və ya müharibədə iştirak kimi acı hadisələri təcrübə ediblər və bir çox hallarda bu təcrübələr onların sağlamlığına dərin iz buraxıb.

İŞİD terror qruplaşması 2014-cü ildə ABŞ və onun qərb və ərəb müttəfialəri, o cümlədən Səudiyyə Ərəbistanın  maliyyə dəstəyilə İraqa hücum edərək, bu ölkənin qərb və şimalında böyük bir ərazini işğal etdi və hədsiz cinayətlər törətdi.

Bunun ardınca İraq terrorçularla mübarizə aparmaq üşün İrandan yardım tələb etdi.

İraq qüvvələri İran İslam Respublikasının hərbi məsləhətçilərinin köməyi ilə 2017-ci il noyabrın 17-də bu ölkənin qərbində yerləşən Əl-Ənbar vilayətində İŞİD terror qruplaşmasının son düşərgəsi sayılan Ravə şəhərini azad etməyə müvəffəq oldu.

Bu şəhərin azad edilməsi ilə praktiki olaraq, İŞİD-ın İraqdakı işinə son qoyuldu.

Teqlər