İyul 31, 2020 08:47 Asia/Baku
  • Netanyahuya qarşı aksiyalar davam edir

İşğal olunmuş Fələstin sakinlərindən yüzlərlə nəfər dünən gecə qəsb olunmuş Qüdsdə bir daha sionist rejimin baş naziri Benyamin Netanyahunun yaşadığı məkanın qarşısında aksiya keçirib.

SəhərAzəri xəbər verir, Aksiyaçılar Netanyahunun istefa verməsini tələb ediblər.

İşğal olunmuş Fələstin sakinləri bu aksiyada Netanyahuya qarşı şüarlar da veriblər.

Son həftələr ərzində neçənci dəfədir ki, işğal olunmuş Qüds sakinləri Netanyahunun yaşadığı məkanın qarşısına toplaşaraq, onun istefaya getməsini tələb ediblər.

Qəsb edilmiş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyası, eləcə də onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.

Teqlər