Noy 27, 2020 18:09 Asia/Baku
  • Səudiyyə koalisiyası tərəfindən gündəlik neft oğurluğu

Səudiyyə koalisiyasının işğal olunmuş ərazilərdə gündəlik neft oğurlanması ekoloji fəlakətə səbəb olub.

SəhərAzəri xəbər verir, Livanın Əl-Ahd xəbər saytı yazıb; Səudiyyə-Amerikalı təcavüzkarlar Yəmənin Şabva əyalətindəki bir neft boru kəmərindən neft oğurlaması cəhdi, külli miqdarda neftin sızmasına və vilayətdə ətraf mühitin təhlükəli çirklənməsinə səbəb oldu.

Şəbva valisi Əhməd əl-Həsən əl-Əmir təcavüzkarların vilayətdəki ətraf mühitin çirklənməsindən məsul olduqlarını vurğulataraq, Lahiyeh, Əli ibn Habtur, Tamura bölgələrinin və Əyad məntəqəsinin qərbində Bəndər ən-Nəşiməyə qədər boru kəməri boyunca əkinçilik və yaşayış sahələrinin həmin çirklənmədən təsirləndiyini bildirdi.

Şabva valisi, təcavüzkarlarla əlaqəli muzdluların qəsdən ətrafa böyük ziyan vurduğu bu fəlakətin hər hansı bir ekoloji həlli və ya məhdudlaşdırılması barədə düşünmədiklərini vurğulayıb.

 

 

 

 

Teqlər