Yan 19, 2021 18:12 Asia/Baku
  •  “Fələstin müdafiəsi və Sionist rejiminə qarşı mövqeymiz möhkəm və prinsipialdır”

Suriya Xarici İşlər Nazirliyinin nümayəndəsi ölkə rəsmiləri ilə Sionist rejimi arasında hər hansı görüş xəbərini qətiyyətlə təkzib edərək, Dəməşqin Fələstin iddiasını müdafiə etmək və işğal edilmiş torpaqlarının Sionist rejiminin nəzarətindən tamamilə azad edilməsindəki mövqeyinin möhkəm və prinsipial olduğunu vurğulayıb.

SəhərAzəri xarici medialara istinadən xəbər verir, Suriya Xarici İşlər Nazirliyinin sözügedən rəsmisi SANA xəbər agentliyinə açıqlamasında bunları deyib: "Bəzi muzdlu KİV-lərin Suriya və Sionist rejiminin səlahiyyətliləri arasındakı görüşlə əlaqədar yaydığı yalan xəbərləri qətiyyətlə rədd edir və bu yalanların arxasındakı güclərin Sionist rejimi ilə münasibətləri normallaşdırmaq istəyənlərdir.

Bu qəzetlərin maliyyələşdiricilərinin Suriyanın sionist rejimə qarşı prinsipial və möhkəm mövqeyini sorgulamaq üçün etdiyi uğursuz cəhddir.

Dəməşqin qərarları milli maraqlara və ərəb millətinin haqlı işinə və hər şeydən əvvəl Fələstinə və Qolanın, işğal olunmuş Suriyanın və işğal olunmuş ərazilərin müvafiq beynəlxalq qətnamələrə uyğun olaraq tamamilə azad edilməsinə xidmət edir.

Suriya, bu yalanların arxasındakı güclərin bu rejimlə normallaşmağa can atan və hər tərəfi qorxutaraq təşviq edərək, bütün bölgəni Sionist-Qərb koalisiyalarına yönəltməyə çalışanlar olduğunu vurğulayır. Bunu edə bilmədikləri zaman yalan xəbər yayaraq bu cür sadəlövh metodlara əl atırlar".

Teqlər