Yan 22, 2021 13:04 Asia/Baku
  • Suriya HHM qüvvələri sionist rejimin təcavüzü ilə mübarizə aparıblar

Suiryanın rəsmi informasiya agentliyi bu ölkənin hava hücumundan müdafiə qüvvələrinin sionist rejimin Həmah vilayətinə qarşı hücumları ilə mübarizəsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Suriya televiziyası bildirib ki, bu gün səhər saat dörd radələrində sionist rejim qırıcıları Livanın Tripoli şəhərindən raket hücumlarına başlayıb və bu ölkənin qərbində yerləşən Həmah şəhərinin ətrafındakı obyektləri hədəfə alıblar. Lakin Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən bütün bu raketlər hədəfə alınaraq, vurulubdur.

Bu məlumata görə, Tərtus vilayətinin səmasında eşidilən partlayış səsləri zenit raket sistemlərinin Həmah vilayətinin yaxınlığındakı rayonları hədəfə almağa çalışan raketlərlə mübarizəsindən irəli gəlibdir.

İndiyədək bu hücumlarda ehtimal olunan xəsarət və ya tələfat haqda bir məlumat verilməyib.

Sionist rejim qırıcıları ardıcıl şəkildə Livanın və ya İordaniyanın hava məkanından istifadə edərək, Suriyanın şərqində və şimal-qərbindəki hədəflərə doğru raket hücumları həyata keçirirlər.

Livanda yerləşən BMT sülhü mühafizə qüvvələri dəfələrlə xəbər veriblər ki, sionist rejim gündəlik surətdə BMT qətnamələrini pozaraq, Livanın hava məkanına təcavüz edir.

Teqlər