Yan 22, 2021 18:48 Asia/Baku
  • Sionist rejimin Suriyanın qərbinə qarşı hücumunda bir ailənin üzvləri həyatlarını itiriblər

Suriyadakı bir hərbi mənbə sionist rejimin Suriyanın Həmah şəhərinə qarşı hücumunda bir ailənin üzvlərinin həyatlarını itirmələri, bir neçə nəfərin də yaralanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sionist rejimin Suriyanın qərbində yerləşən Həmah şəhərinin yaxınlığındakı bir bölgəyə qarşı hücumunda bir ailənin üzvləri, o sıradan ata, ana və ailənin iki uşağı dünyasını dəyişibdir.

Bu mənbə sonra bildirib ki, həmin hücumda daha dörd nəfər, o cümlədən bir qadın, iki uşaq və bir yaşlı şəxs yaralanıb, üç ev də dağılıbdır.

Teqlər