Mart 06, 2021 19:28 Asia/Baku
  • MOSSAD sionist rejimin İran qarşısındakı məğlubiyyətini etiraf edib

Sionist rejimin casusluq təşkilatı- MOSSAD bu rejimin İran qarşısındakı məğlubiyyətini etiraf edib.

SəhərAzəri xəbər verir ki, Livanda çıxan Ələxbar qəzetinin məlumatına görə, «MOSSAD bununla bağlı bir məlumatda etiraf edibdir ki, sionist rejimin vəziyyəti 2015-ci ildəki və nüvə anlaşmasının imzalanmasından öncəki vəziyyətdən daha pisdir.

Bu məlumatda deyilir ki, MOSSAD casusluq təşkilatının məsul şəxsləri sionist rejimin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq ediblər ki, İran öz hərbi qabiliyyətlərini yüksəldib və regiondakı iştirakı və nüfuzunu artırıbdır.

Bu məlumata görə, MOSSAD-ın başçıları sionist rejimin İranla qarşılaşmada uduzmasının səbəbini məhz bu rejim başçılarının uğursuzluğunda görürlər.

Teqlər