Mart 09, 2021 09:42 Asia/Baku
  • Livanın HHM qüvvələri sionist rejimin təcavüzkar PUA-sı ilə mübarizə aparıblar

Livan mediaları bu gün səhər saatlarında bu ölkə ordusunun hava hücumundan müdafiə qüvvələrinin sionist rejimin təcavüzkar PUA-sı ilə mübarizəsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Livanın milli informasiya agentliyi bildirib ki, bu ölkə ordusunun hava hücumundan müdafiə qüvvələri Livanın hava məkanını pozaraq, bu ölkə ordusunun «Məis Əccəbəl» bölgəsində yerləşən bazasının üzərində uçan sionist rejimin bir PUA-na tərəf atəş açıblar.

Hələ bu təcavüzkar pilotsuz uçuş aparatının vurulduğu və ya Livanın hava məkanından çıxdığı məlum deyildir.

Sionist rejimin qırıcıları və pilotsuz uçuş aparatları bu həftə ərzində bir neçə dəfə Livanın hava məkanını pozublar.

Sionist rejimin 2006-cı ildə Livanla 33 günlük müharibəsindən sonra verilən və qəbul edilən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkinməyə çağırır, amma bu rejim həmin qətnaməyə məhəl qoymadan daima Livanın hava, quru və dəniz məkanlarını pozur.

Teqlər